Şamil Əsgərov (Dəlidağ)

                                                                                                   

  

                    ♦♦♦ 

        -Deyirlər ki, bir oğulu
        Doğa bilməz iki ana,
        Çox uzağa getməyin heç,
        Mən timsalam bu gün ona.
        Bir anam kürd, bir anam Od -
        Odlar yurdu Azərbaycan,
        Hər birinin yolunda mən
        Göz qirpamadan verərəm can.
        Od anama sataşanı
        Diri-diri soyaram mən,
        Kürd anama daş atanın
        Gözlərini oyaram mən. 

                   ♦♦♦

...Günəş zərrəsinin mindən biriyəm,
Bitibsə zəmidən min dən, biriyəm.
Əriyirəm eldən-obadan ötrü,
Elin cəhrəsində mindən bir iyəm.
                   
                    ♦♦♦

...Sən dözülməz bəlalara dözmüsən,
Döz ürəyim, döz dağlara dönüncə.
İncitmişəm, bəlkə məndən bezmisən?
Sal qayasan, həm də çiçəkdən incə,
Döz üyəyim, döz dağlara dönüncə.

Durulmayıb, qapqaradır qanım da,
Səndən keçir, sıxılırsan canımda.
Dar günümdə sən olmusan yanımda,
Düsmənlərin gözlərini dəlincə,
Döz ürəyim, döz dağlara dönüncə.

Diləkliyəm Dəlidağdan keçməyə,
Buz bulaqdan bircə qurtum içməyə.
Havasını cıyərimə çəkməyə,
Döz qəlbimin od-alovu sönüncə.
Döz üyəyim, döz dağlara dönüncə.
  
                     ♦♦♦

Dərdimin dərdinə dərdim ağlayar,
Qəlbimdə bitibdi, dərdim, ağlayar.
Düşmən torpağında qalıb yurd-yuvam,
Dəryadan dərindi dərdim, ağla, yar.

De görüm bildimi dərdimi dərdin?
Bar bilib dərdimi dərdimi dərdin?
Könlümün evində bar gətiribdi,
Danış, dıllərinlə dərdimi dər, din... 
 
                     ♦♦♦ 
 
...Ölsəm ağlamasın dərdimə heç kəs,
Özüm ağlamışam özüm-özümə...                            

Xəlil Rzanın Şamıl Dəlidağa məktubundan....

Yadindamı, öz evində
                       şer oxudun bildir bizə,
Bir şairin mənzilinə
                       sığan gördük planeti.
Bəlkə qaçmaq istəyirsən
                       bu dövranın dərdlərindən,
Yox, hamıya qismət olmur
                       dərdi çəkmək mərifəti.
Ümmanları sevir tufan...
                       nə işi var gölməçədə,
Böyüklərin çiynindədir
                       bu dünyanın hər möhnəti.
Gedək! Sənin addımların
                       dəmirdəndir, poladdandır,
Qara səddi dağıtmaqdır
                        Kişilərin xasiyyəti.
Sən fələklə döyüşürsən,
                       min kələklə döyüşürsən,
Bəlkə özün hiss etmirsən
                       qanındakı rəşadəti?!
Oğlu ölən bir ananı
                       səni öpən, qucan gördüm:
- Can Şamilim, sən gəlmisən,
                       mən unutdum müsibəti.
Qoy əyilim, qurban olum
                       ayağınin tozuna da,
Mənim yasim toya döndü,
                       sən gətirdin bu hörməti.
Yaziq ana iməkləyir,
                       sürünürdü dizin-dizin,
Bir-birinə qarışmişdi
                       səadəti, fəlakəti.
İri güclü əllərinlə
                       sən qaldırdın onu yerdən,
- Əziz ana! Bircə sözdə
                       yerin-göyün kəraməti.
Ortaliqda qara tabut,
                        gözü yaşli ana gülür,
Şamil, hansi xoşbəxt görüb
                        bu boyda el məhəbbəti?!
Sən yurdlarin çirağisan,
                        çünki bir vaxt öz əlinlə
Evdən evə çox çəkmisən
                        işıq teli, hünər xətti.
Qişda odun daşımısan
                        ormanlardan məktəblərə,
Qar layında sənin izin -
                         maşınların təkər rəddi.
Bənna kimi, memar kimi
                         can vermisən yüz divara,
Quma keçib, daşa keçib
                         əllərinin hərarəti.
Yeni muzey... Kəlbəcərdə
                          Ermitajın bir parçası,
Kim göstərib bu xidməti,
                          kim verəcək bəs xələti?
Üç yüz əlli daş növünü
                          nə cür saydin bir binada?
Gözəllikdi xallı daşla
                           xalsız daşın rəqabəti.
Böyük amal oğlu üçün
                           kiçik iş də böyük , ulu,
Nəfəsinlə qurutmusan
                           divardakı yaş sementi.
Sənin qırıq külüngün də
                           müqəddəsdir mənım üçün,
Külüngünə kəsər verib
                            ürəyinin məhəbbəti.
Qəhrəmanlar heç bir zaman
                            xidmət üçün pay istəmir,
Qüdrətini paylamaqdır
                            həm şöhrəti, həm qiyməti!

 

 

  Daxil Ol və ya Qeyd Ol